Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 821 865 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, 9925 nəfər vəfat edib, aktiv xəstə sayı 712 nəfərdir.

Ölkədə son sutka ərzində 3863, hazırkı dövrədək isə 7 264 095 test aparılıb.