Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtakın toyudur.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dilan nişanlısı Levent Dörterlə nikah masasına əyləşib. Onların nikah şahidləri isə prodüser Polat Yağcı, müğənni Tan Taşçı və musiqiçi Erhan Bayrak olub.
Cütlüyün özəl günündən görüntülər sosial şəbəkədə yayılıb. Dilan toyda iki fərqli gəlinlik geyinib.