"Münaqişə aparan dövlətlərin başçıları onun yatırılmasına və həll yollarının sülhlə başa çatmasına nail olublarsa, həmin şəxslərə Nobel sülh mükafatı verilib".
Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O vurğulayıb ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi baş tutarsa lider şəxslərə mükafat təqdim oluna bilər:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin baş tutacağı ehtimalı kifayət qədər böyükdür. Onda hər iki tərəfin başçılarına - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Ermənistanın Baş naziri Nikol Paşinyana böyük ehtimalla Nobel sülh mükafatı verilə bilər. Bu məsələ mətbuata sızıbsa deməli, kifayət qədər real əsaslarla bu istiqamətdə çalışmalar gedir. Bölgədə sülh ab-havası tam oturuşmalı, dövlətlər bir-biri ilə münasibətlərini normal qaydaya salmalıdır. Yaxın qonşuluq münasibətləri bərqərar edilməlidir və hər iki ölkənin xalqı sülhə hazırlanmalıdır. Bu proseslərin müəyyən mərhələləri var. Nobel sülh mükafatının təqdim edilməsi 2023-cü ilin əvvəllərində anonsu verilə, amma təqdim edilməsi cari ilin sonlarına qədər baş tuta bilər".
Gülayə Mecid