Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə Azərbaycanın maraqlarını müdafiə edib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Heydər Əliyev sovet dövründə Azərbaycanın rəhbəri olarkən respublikanı keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf göstəriciləri üzrə son yerlərdən qabaqcıllar sırasına çıxarmışdı. Eyni zamanda, istər SSRİ hökuməti sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın onu gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağıranda, ən çətin dövrdə Azərbaycan dövlətinə rəhbərlik edəndə ölkənin maraqlarını müdafiə edib.