Biz bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu deyəndə tamamilə haqlıyıq və onun yolu ilə gedirik.
"Unikal" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.
Dövlətimizin başçısı deyib ki, biz Heydər Əliyevin davamçılarıyıq: “Əlbəttə, vəziyyətin spesifikası nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə qoyub getdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, bunu iki il əvvəl şərəflə yerinə yetirmişik”.