"Hazırda "Facebook" bütün məşhur şəxslərin izləyicilərini kütləvi şəkildə azaldır".
"Unikal" xəbər verir ki, bu barədə Mətbuat Şurasının üzvü, informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib.
"İzləyici sayım 21.000-dən 9000-ə endi. Problem qlobaldır və Mark Zukerberqin də profilinə təsir edib. Baş verən hadisənin "Facebook"da yaranan bir xətadan olduğu güman edilir", - deyə F.Pərdəşünas qeyd edib.