Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov və sədr müavini Həşim Əliyevlə görüşüb.

"Unikal" xəbər verir ki, komitə sədri Moskvadakı soydaşlarımızın bir araya gəlməsi istiqamətində görülən işləri, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində fəallığın hiss olunmasını yüksək qiymətləndirib, diaspor təşkilatının fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb. 

İndiyədək görülən işlər barədə ətraflı məlumat verən təşkilat rəhbərləri Komitənin çoxşaxəli fəaliyyət istiqamətlərinin Moskvadakı diasporumuz tərəfindən təqdir olunduğunu vurğulayıblar.

Görüş təşkilatın gələcək planlarına dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb. 

Qeyd edək ki, Bəxtiyar Həsənov bu ilin iyun ayından “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri seçilib.