Kürdəmirdə evdə yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.