"Ölkəyə müdaxilə olacağı təqdirdə KTMT-yə kömək etməkdən çəkinməyəcəyik, lakin ümid edirəm ki, respublika təkbaşına təcavüzkarı dəf edə biləcək".

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

“Əlbəttə, əgər Allah eləməsin, bu baş versə, biz heç vaxt etiraz etməyəcəyik. Biz köməkdən imtina etməyəcəyik. Amma, bilirsiniz, mən hesab edirəm ki, hətta bu halda da biz KTMT-ni işə cəlb etməyəcəyik. Biz necə cavab verə biləcəyimizi təsəvvür belə edə bilməzsiniz”, - Belarus lideri bildirib.

“Kimə lazımdır: burada “çirkli” və ya “təmiz” nüvə bombası problemini müzakirə etməyəcəyik. Elə cavab verəcəyik ki, təkcə Avropa titrəməsin. Bu, təkcə biz yox, Rusiya ilə müqavilələrimiz, silahlı qüvvələrin birgə qruplaşmasıdır”, - Aleksandr Lukaşenko əlavə edib.

Gültəkin Ələsgər