Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 440 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 129, üç və daha çox doza vaksin vurduranların sayı 165, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 34 nəfərdir.