“Dadashsoy Business school”, “Panda School” və bir sıra digər brendlərin qurucusu, tanınmış təlimçi Elvin Dadaşsoy Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və menecmenti” fakültəsinin “İdman menecmenti və kommunikasiya” ixtisasının SABAH qruplarında təhsil alan IV kurs tələbələrinə təlim keçib.
"Unikal" xəbər verir ki, “Onlayn media” dərsi çərçivəsində “Yeni biznes modelləri və sosial media” mövzusuna həsr olunan təlim zamanı brendin yaradılması, onun sosial media üzərindən təqdimatı və kommunikasiyanın qurulması məsələlərinə toxunulub, tələbələri maraqlandıran suallar ətrafında maraqlı müzakirələr aparılıb.