Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
"Unikal"ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb.
Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.
Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.