AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni intellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova 21-23 noyabr 2022-ci il tarixlərində Rumıniyanın Arad Universitetində keçirilən SOFA-2022 10-cu Yumşaq Hesablama Tətbiqləri (Soft Computing Applications) konfransına dəvət olunub.
"Unikal" xəbər verir ki, Ş.Şahbazova konfransda “Lütfi Zadənin həyatı və elmi irsi. Onun ölümündən sonrakı 5 illik elmi fəaliyyətimiz” və “Düz təpəli rəsmlərin tanınmasında çətinliklər problemləri” məruzələrilə çıxış etmişdir. O, Lütfi Zadənin həyatı və dünya elminə bəxş etdiyi töhfələr, əldə etdiyi mühüm elmi nəticələr, beynəlxalq əməkdaşlıqlar və Azərbaycana səfəri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, prof. Ş.Şahbazova SOFA-2022 10-cu Yumşaq Hesablama Tətbiqləri konfransının idarəetmə komissiyasının üzvü seçilib.