Azərbaycan Turizm və Menecment Universitetində “Turizm üzrə könüllülük fəaliyyəti” mövzusunda məlumat sessiyası təşkil olunub. 

"Unikal" xəbər verir ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi əməkdaşlarının qatıldıqları adıkeçən məlumat sessiyasında ATMU tələbələri ilk öncə təlimçi Humay Abbasovanın təqdimatında turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olublar. 

Məlumat sessiyasında təlimçilər tərəfindən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyət istiqamətləri və ATMU ilə əməkdaşlıq münasibətləri”, “Turizm sahəsi üzrə təhsil alan və ya gələcək fəaliyyətlərini müvafiq sahəyə hədəfləyən gənclərin müxtəlif layihələrə cəlb edilməsi”, “Təşkilatın nəzdindəki layihələr”, “Tələbələrdən ötrü təşkilatdaxili imkanlar” və eləcədə gündəmin digər mövzularına münasibət sərgilənib. “Turizm üzrə könüllülük fəaliyyəti”nə həsr olunan məlumat sessiyasında diqqətə çatdırılıb ki,tədbirin təşkilində  başlıca  məqsəd ATMU-nun timsalında ümumilikdə ölkə tələbələrinin təbliğat - təşviqat, təlim-tədris proqramları və müvafiq kurslarda yaxından iştirakının təmini ilə bərabər, vahid məlumat bazasının inkişafını şərtləndirən fəaliyyətə  cəlb etməkdən ibarətdir. 

Sual-cavab şəklində davam edən tədbirdə təlimçilər tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb və universitet tələbələrinə təşkilatın adından müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin rəsmi əməkdaşları sırasında ATMU-nun “Menecment” ixtisası üzrə təhsil alan tələbəsi Arzu Məmmədov da var.