Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil ağaca çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər. Hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir.