Türkiyənin Samsun bölgəsindəki dəniz limanında baş verən partlayışın səbəbi məlum olub.

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, partlayışa səbəb yağ tankerində baş verən yanğın olub.

Yanğın aidiyyatı qurumların müdaxiləsindən sonra söndürülüb.

Hazırda yanğının başvermə səbəbi araşdırılır.

xxx

12:46

Türkiyənin Samsun bölgəsindəki dəniz limanında partlayış baş verib.  

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Partlayışdan sonra yanğının baş verdiyi liman ərazisinə yanğınsöndürənlər göndərilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Ağarza Elçinoğlu