Azərbaycan Turizm və Menecment Universitetində “İnkişaf marafonu 2022” layihəsi çərçivəsində təlim keçirilib.
"Unikal" xəbər verir ki, universitetin “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə “İnkişaf marafonu 2022” layihəsi çərçivəsində təşkil olunan təlimdə Shane Academy Azerbaijan şirkətinin təsisçi direktoru, Xaricdə təhsil eksperti, IELTS TOEFL Duolingo instruktoru Jalə Bəhrəmova, “DECTEC” Group idarə heyətinin sədri, “NİGAR TARIM” idarə heyətinin üzvü, ADNSU-nun dosenti, Biznes konsultant Sakit Səmədovun "İnkişafın qısa yolu" və "Şəxsi inkşafda dilin rolu" adlı təqdimat-çıxışları dinlənilib.
Çoxsayda tələbənin qatıldığı təlim zamanı xaricdə təhsil imkanları, peşəkar inkişafa dəstək, ölkəiçi və xaricdə karyeraqurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları, fərdi inkişaf,o cümlədən müxtəlif mövzu və sahələrdə motivasiyanın gücləndirilməsi, dil biliklərinin artırılması və gündəmdəki digər mövzular mütəxəssis səviyyəsində izahını tapıb.
Tədbirin sonunda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə Dadashsoy Business Schoolun General English dərslərində iştirakla bağlı endirim və ödənişsiz dil kursları, müxtəlif hədiyyələr və şirkət rəhbərləri ilə səhər yeməyi dəvəti təqdim edilib