İngiltərə Premyer Liqa komandası "Mançester Yunayted"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Əl Nassr" klubuna keçən Kriştiano Ronaldo 2013-cü ildə qazandığı "Qızıl top" mükafatını satıb.
"Unikal" xəbər verir ki, portuqaliyalı ulduz "Qızıl top" mükafatını təxminən 600 min avroya İsrailin ən zəngin adamlarından biri olan İdan Oferə satıb.
Bekə ki, Ronaldonun "Qızıl top"u hərraca çıxarılıb və Oferin 600 min avroluq təklifi qalib olub. Bu ödəniş birbaşa olaraq ağır xəstələrin istəklərini yerinə yetirən uşaq xeyriyyə fonduna yönəldiləcək.
Qeyd edək ki, Ronaldo "Qızıl top"un ilkini 2008-ci ildə Mançester Yunayted dövründə, digər dördü isə Real Madrid karyerasında qazanıb. 2013-cü ildə qazandığı "Qızıl top" mükafatı Lionel Messi və Frank Riberi ilə ən mübahisəli döyüşlərdən biri olub. Ronaldonun özü hərracda iştirak etməyib. Mükafatı Oferə təqdim etmək vəzifəsini məşhur menecer Xorxe Mendes boynuna götürüb.