Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 351 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 203, ikinci doza üzrə 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 90-dır. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28-dir.