Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

"Unikal" xəbər verir ki, Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumat təsdiq edilib.
“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - bildirilib.