Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 98 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 827 377 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 861 nəfər müalicə olunaraq sağalıb, 10 049 nəfər vəfat edib, aktiv xəstə sayı 467 nəfərdir.

Ölkədə son sutka ərzində 2 100, hazırkı dövrədək isə 7 457 880 test aparılıb.