Türkiyənin "Baykar" şirkətinin baş direktoru "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının Vətən Müharibəsindəki fəaliyyəti barədə məlumat verib.

"Unikal" xəbər verir ki, bu barədə o, "HaberTürk" telekanalına müsahibəsində danışıb.

O deyib ki, Azərbaycan ordusu müharibə zamanı hədəflərin 75%-ni “Bayraktar-TB2” ilə məhv edib.

Bayraktar vurğulayıb ki, Türkiyə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana təxliyyə üçün helikopter verə bilməyən ölkədən ən müasir PUA-lar verən ölkəyə çevirilib.