Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 942 nəfər müalicə olunaraq sağalıb, hazırda 454 aktiv xəstə var. Bu günə qədər 10 054 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 863, bu günə qədər isə ümumilikdə 7 461 419 test icra olunub.