Bakıda banka hücum edən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi anın görüntüləri yayılıb.
"Unikal" həmin videonu təqdim edir.
***
13:39
Bakıda basqına məruz qalan bankın adı məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, 33 yaşlı İmran Əhmədov "Bank Respublika"nın Yasamal rayon filialına hücum edib.
Seymur Əli
***
13:14
Bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.
"Unikal" xəbər verir ki, orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.