Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 614 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 169 nəfər müalicə olunaraq sağalıb, 10 067 nəfər vəfat edib, aktiv xəstə sayı 378 nəfərdir.

Ölkədə son sutka ərzində 2 050, hazırkı dövrədək isə 7 468 434 test aparılıb.