Yanvarın 20-də saat 2 radələrində Neftçala şəhərinin Köhnə qəsəbə ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən iki nəfər Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, onların şəhər sakinləri E.Əhədov və F.Fərəcullayev olmaları məlum olub.
Araşdırmalarla onların rayon ərazisində daha bir mağazadan pul, 3267 manat dəyərində tütün məmulatı, yuyucu vasitələr, ərzaq məhsulları, bir evdən 1550 manat dəyərində qızıl-zinət və məişət əşyaları, bir aptekdən isə pul və orada quraşdırılan ödəmə terminalından 7521 manat oğurlamaları da müəyyən olunub.
Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.