Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

14:07

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəlludlu Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.