Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.