Paytaxtda eyni istiqamətdə olan üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Yasamal rayonu Heydər Hüseynov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzada “Mercedes”, “Hyundai” və “Toyota” markalı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.