Qaxda 76 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Qaxbaş kənd sakini 76 yaşlı Tina Otaraşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı qadının yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. Tina Otaraşviliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli