Karib hövzəsi ölkəsi Haitidə polis son bir ayda 10-dan çox təhlükəsizlik qüvvələrinin dəstələr tərəfindən öldürülməsinə görə baş nazir Ariel Heninin şəxsi iqamətgahına hücum edib.
"Unikal" xarici KİV-ə istnadən xəbər verir ki, Argentinadan qayıdan Henri polisin şiddətli etirazına görə bir müddət hava limanında ilişib qalıb.
Sıx təhlükəsizlik tədbirləri ilə hava limanından şəxsi iqamətgahına aparılan Henri polisin daş və molotof kokteyli ilə hücumuna məruz qalıb.
Paytaxt Port-au-Prinsdə silah səslərinin eşidildiyi və insanların evlərində qalmağa məcbur edildiyi paylaşılıb.
Dəstələrin silahlı hücumları nəticəsində son bir ayda 10-dan çox polis həyatını itirib.
Gülayə Mecid