Polşanın Katovitse şəhərində qaz partlayışı nəticəsində yaşayış binası çöküb.

"Unikal" Polşa KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. 

"Cümə günü səhər Şopenitsenin Katovitse rayonunda üçmərtəbəli yaşayış binasında qaz partlayışı baş verib. Partlayış nəticəsində bina uçub", - məlumatda deyilir.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Ağarza Elçinoğlu