Gürcüstan cari ilin aprel ayından etibarən özünün hərbi pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Xuanşer Burçuladze bildirib.
Bundan əvvəl Polşanın "WB Electronics" şirkəti və Gürcüstanın "Delta" hərbi elmi-texniki mərkəzi Gürcüstanda pilotsuz təyyarələrin istehsalı ilə məşğul olacaq birgə şirkət yaradıb.
ATS-nin bəzi hazır nümunələri artıq Gürcüstanın baş naziri, müdafiə və daxili işlər nazirlərinin iştirakı ilə sınaqdan keçirilib.
Gürcüstan hərbi idarəsinin məlumatına görə, söhbət kamikadze və kəşfiyyat xarakterli pilotsuz təyyarələrdən gedir, gürcü-polşa şirkəti ildə təxminən 1000-1500 hərbi pilotsuz təyyarə istehsal etmək niyyətindədir.
Ağarza Elçinoğlu