"Qarabağ müharibəsinin tarixi onilliklərə dayanır. Uzun illər Ermənistan Azərbaycanın 7 rayonunu işğal edib. Rusiya məsələnin diplomatik yolla həlli üçün çoxsaylı variantlar təklif etsə də, Ermənistan rəhbərliyi əraziləri öz əlində saxlamaq istəyirdi. Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb".
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə danışıb.
"Bəli, Azərbaycan ona məxsus torpaqları qaytarıb. İndi həm Ermənistan, həm də Azərbaycan sülh sazişi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar. Burada vəziyyət çoxşaxəlidir", - Lavrov bildirib.
Gülayə Mecid