Şəmkirdə minik maşını "Kamaz"la toqquşub, ölən var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını yük avtomobili ilə toqquşub.Qəza zamanı "VAZ" markalı maşının sərnişini İlkin adlı şəxs hadisə yerində ölüb, sürücü Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Abdullazadə Elvin Nazim oğlu isə xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov