Azərbaycanın daha 3 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də medal qazanıb.
"Unikal" xəbər verir ki, 125 kq-da çıxış edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb. Nəticədə texniki məğlubiyyət alan idmançı gümüş medalla kifayətlənib.
92 kq-da ABŞ təmsilçisi Conatan Ayellonu məğlub edən Osman Nurmaqomedov və 97 kq-da polşalı Radoslav Barandan üstün olan Maqomedxan Maqomedov isə bürünc medala sahib çıxıblar.