Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı açıqlayıb. 

Ölkə liderinin sözlərinə görə, hazırda ölü sayı 3 549 nəfərə çatıb. 

"Təəssüf ki, ölən və yaralananların sayı artır. Hazırda 3 549 ölü və 22 168 yaralı var. Ən böyük təsəllimiz odur ki, 8000-dən çox vətəndaş dağıntılar altından xilas edilib", - Ərdoğan qeyd edib. 

***13:55

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb.

"Unikal" xəbər verir ki,  bu  barədə Türkiyə  mətbuatı məlumat yayıb. 

***09:01

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

***00:38

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Son məlumatlara görə, 2316 nəfər ölüb.

Yaralı sayı isə 13 293 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 6217 olub.

***6 Fevral, 23:16

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***21:27

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

"Unikal" xəbər verir ki, son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1651-ə yüksəldiyi açıqlanıb.

***19:43

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

"Unikal" xəbər verir ki, Türkiyənin Vitse-prezidenti Fuat Oktay Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.

Fuad Oktay can itkisinin 1541-ə yüksəldiyini açıqlayıb.

***18:32

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib. Zəlzələlərdə 8 min 533 nəfər xəsarət alıb, 2 min 834 bina dağılıb.

"Unikal" xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonraTürkiyəni sarsıdan zəlzələdən 9 saat sonra bu dəfə eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.

Türkiyədəki təbii fəlakətlə əlaqədar beynəlxalq yardım üçün NATO və Aİ-dən başqa 45 ölkə yardım təklif edib. 

***16:26

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1000-i ötüb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 1014-ə çatıb. Yaralıların sayı isə 7003 nəfərə yüksəlib.

***08:50

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.

Bundan əlavə, Osmaniyə şəhərdə 34 bina dağılıb, 5 nəfər ölüb, Şanlıurfa şəhərində 15, Diyarbakırda 6 nəfər həlak olub. Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb. Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.

***07:28

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Kahramanmaraş və Gaziantep şəhərlərində baş verən yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.