Moskva yaxınlığındakı Mıtişidə yerləşən "Qranada" restoranında kriminal avtoritetlərin toplantısına qarşı əməliyyat keçirilib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatı polis və Rusiya Qvardiyasının Qrom xüsusi təyinatlıları həyata keçirib. 

Məlumata görə, əksəriyyəti azərbaycanlılardan ibarət olan "oğruların toplantısı"nda narkotik və silah satışı ilə bağlı kriminal biznesdə aktual məsələlərin müzakirəsi nəzərdə tutulubmuş. 

Bunun üçün onlar 1-ci Proletarskaya küçəsində yerləşən müəssisəyə toplaşıblar. Əməliyyat nəticəsində 48-i Azərbaycan, ikisi Dağıstan, həmçinin Ermənistan və Tacikistan vətəndaşları olan 52 nəfər saxlanılıb. "Oğrulardan" çox sayda odlu silah götürülüb. 

"Onların cinayətlərdə əli olub-olmadığını və Rusiya ərazisində olmalarının qanuniliyini yoxlamaq üçün şöbəyə aparılıblar", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu