Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.
"Unikal" xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.Ağdam klubu Belçikanın “Gent” klubunu qəbul edib.
Oyunun ilk hissəsi qolsuz başa çatıb.
İkinci hissədə hücumlarının kəsərini artıra “köhlən atlar” 52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi qazanıb.Lakin hücumçu Ramil Şeydayev bu imkandan yararlana bilməyib. Buna baxmayaraq, Ağdam klubu hesabı açmağı bacarıb. Matçın 78-ci dəqiqəsində yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib – 1:0.
Beləlikə oyun minimal hesabla Azərbaycan təmsilçisinin xeyirinə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.