2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter"də yazıb.
Nazir bildirib ki, bu, öncəki illə müqayisədə 53,3 % çoxdur.
M.Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.