"Miss Türkiyə 2018" gözəllik yarışmasının qalibi Şevval Şahin açıqlaması ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, qatıldığı proqramların birində özünü Türkiyədə turist kimi gördüyünü dilə gətirib:
"Türkiyədə 3 aydan artıq qalanda sıxılıram. Özümü bu ölkəyə aid hiss etmirəm. İstanbulda özümü həmişə turist kimi hiss edirəm".
Şahinin bu sözləri qısa zamanda sosial medianın gündəminə çevrilib. Modelə bir çox sosial media istifadəçisi sərt reaksiya verib.