Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
"Unikal" xəbər verir ki, turun sonuncu görüşü lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında baş tutub.
Oyunda hesabı qonaqlar açıblar. Ağdam klubu matçın sonlarında hesaba tarazlıq gətirməyi bacarıb. Görüşdə əlavə qol vurulmayıb, nəticədə Azərbaycan derbisində qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 xalla kifayətləniblər.