Dünya çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi Argentina yığmasının futbolçuları, məşqçiləri və əməkdaşları üçün 35 qızıl “iPhone” sifariş edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb. 

Telefonlarda dünya çempionlarının adları, oyun nömrələri və Argentina millisinin loqosu həkk olunacaq. Sifariş "İdesignGold" şirkəti tərəfindən hazırlanacaq.