İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

"Unikal" xəbər verir ki, lider "Arsenal" "Bornmut"u qəbul edib. 0:2 hesabı ilə geridə olan ev sahibi yekunda 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla (26 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 58 xalla (26 oyun)  2-ci, "Mançester Yunayted" 49 xalla (24 oyun) 3-cüdür.