“Azərbaycan Ombudsman İnstitutu Ermənistanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı ildə bir dəfə məruzə hazırlasa, bu da işimizin xeyrinə olar. Nəzərə almaq lazımdır ki, ayrı-ayrı ölkələrdə belə təcrübə var”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ermənipərəst dairələr Azərbaycana hər zaman məhz bu istiqamətdə zərbə endirir:
“Ermənistandakı insan hüquq və azadlıqlarının hansı bərbad vəziyyətdə olması ilə bağlı Azərbaycan Ombudsman institutunun hazırladığı hesabat və bunun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması faydalı olar”.
Elman Nəsirov