"Bu qanunun icrası Azərbaycanda ciddi problem yarada bilər. Qanunu qısa müddətdə qəbul etsək, vaxtilə fəaliyyət göstərən "Barmek"dəki kimi ciddi problemlərlə üzləşəcəyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Niyə bu qanunu pilot layihələr çərçivəsində həyata keçirmirik? Bir neçə rayon seçib götürün. Pilot layihələr özünü doğruldarsa, sosial sahədə heç bir problem yaranmarsa, ondan sonra bu qanun qəbul edilməsi öz müsbət həllini tapar. Qanun indi qəbul olunması tezdir. Bunun ictimai müzakirəsinə böyük ehtiyac var. Hələlik bu qanunun qəbul edilməsi saxlanılsın".
Anar Kəlbiyev