"Ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı hər birimizi narahat etməli olan çatışmazlıqlar var. Bunun üçün ölkədə ciddi məhkəmə və hüquq islahatlarının aparılmasına ehtiyac duyulur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, Ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür:
"Açıq danışmaq lazımdır ki, Milli Məclis problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir".
Anar Kəlbiyev