Mayın 1-də Azərbaycan quru sərhədlərini qonşu ölkələrə aça bilər.
"Unikal" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, ölkədə koronavirusla bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə olduğu üçün sərhədin bu tarixə açılması planlaşdırılır.
Bu barədə ölkənin Gürcüstana xəbərdarlıq etdiyi qeyd olunub.
Məlumata görə, Nazirlər Kabineti operativ qərargahla birlikdə yaxın vaxtlarda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edəcək.
Məlumat üçün bildirək ki, pandemiya başlayandan sonra Azərbaycanın quru sərhədləri bağlanıb. Məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 il bağlı qalıb.
Ölkədə epidemioloji vəziyyət sabitləşib və pandemiya bitmiş hesab olunur. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı da dünya pandemiyasının sona çatdığını rəsmən açıqlayıb.
Ağarza Elçinoğlu