Qubadlı rayonunda “Heydər Əliyev” ilinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, 18 mart 2023-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu St.Sumqayıt ərazisində yeni salınmış parkda, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətlərində “Heydər Əliyev” ilinə həsr olunmuş ağacəkmə aksiyaları və iməciliklər həyata keçirilib. Təşkil olunmuş tədbirdə RİH-in başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatı aparatının məsul işçiləri, partiya fəalları iştirak ediblər. 

Ağacəkmə aksiyasından sonra RİH-in başçısı Malik İsaqov parkda və qəsəbə ərazisində asudə vaxt keçirən sakinlərlə görüşdü, onların bayramlarını təbrik edib. 

Ümumilikdə ağacəkmə aksiyasında 500-dən çox ağac əkilib.