Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 176 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 62, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 11 nəfərdir.